Загрузка...

Quba rayonu ərazisində iki nəfər su kanalında batıb.

“Report”un Şimal bürosu xəbər verir ki, Quba rayon Gədik kənd sakinləri Vidadi Mehrəliyev və Səhrab Seyfulov Taxtakörpü-Ceyranbatan su kanalına düşən buzovu çıxartmaq istəyiblər.

Onlar bu məqsədlə bir-birilərinə ip bağlayaraq kanala düşüblər. Lakin bu zaman onların ikisini də su aparıb.

Hazırda əraziyə Quba rayon Polis şöbəsinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Şimal regional mərkəzinin xilasediciləri cəlb olunub. Hadisə yerinə qaldırıcı kran gətirilib. İtkin düşən şəxslərin meyiti kanalın dibində aşkar edilib. Hazırda onları suyun üzərinə çıxartmaq mümkün olmadığından, kanalda suyun səviyyəsinin azaldılması planlaşdırılır.

Qubada dəhşətli hadisə: kanala düşən buzovu çıxartmaq istəyən iki nəfəri suda batdı- FOTO