Загрузка...

İrlandiyalı UFC döyüşçüsü Konor Makqreqor Nyu York polis idarəsindən qandallanmış vəziyyətdə çıxarılaraq müvəqqəti təcrid etmə müəssisəsinə aparılıb.

Oxu.Az “Lenta.ru”ya istinadən xəbər verir ki, hadisənin görüntüsü “Twitter”də yayılıb.

Bir gün əvvəl UFC döyüşçülərini daşıyan avtobusa hücum etmiş idmançıya hücum və xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.

“Barclay” mərkəzində baş vermiş insident nəticəsində avtobusa ziyan dəymiş və bir idmançı xəsarət almışdı. Yaxın zamanda Bruklin Cinayət məhkəməsində onun işinə dair hazırlıq iclası keçiriləcək.