Türkiyə müdafiə sənayesinin istehsal etdiyi “Əjdər Yalçın” və “Əjdər TOMA”-nı satın alan Seneqal hökuməti sözügedən texnikaları Müstəqillik günü ilə bağlı keçirilən paradda nümayiş etdirib.
Axar.az xəbər verir ki, 25 ədəd “Əjdər Yalçın” və 4 ədəd “Əjdər TOMA” əhali qarşısına çıxarılıb.
Terrorizmlə mübarizə sahəsində potensialını gücləndirmək istəyən Seneqal ordusu bu türk zirehli texnikalarını inventarına daxil edib. Texnikaların üzərinə silah sistemi də yerləşdirilib.
Seneqal ordusunun Jandarm Birliyinin komandanı Mor Geye bildirib ki, ən münasib və keyfiyyətli zirehli texnikalar Türkiyə müdafiə sənayesi tərəfindən hazırlanır.
O əlavə edib ki, bəhs edilən zirehli maşınlar bir çox Afrika ölkəsində istifadə edilir.