Загрузка...

Nyu-Yorkda BMT-nin Təhlükəsizlik Şurasının britaniyalı casus Sergey Skripalın və qızı Yuliyanın Solsberi şəhərində zəhərlənməsi ilə bağlı hadisə üzrə iclas keçirir.

Virtualaz.org xəbər verir ki, bundan öncə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nbenzya aprelin 5-də “Böyük Britaniyanın baş naziri Tereza Meyin məktubu əsasında Solsberidəki hadisə ilə bağlı” Təhlükəsizlik Şurasının açıq iclasının keçirilməsini istəyib.

Rusiyanın mövqeyinə görə, bu hadisə ilə bağlı baş verənlər beynəlxalq sabitliyə və təhlükəsizliyə təhdiddir.

Solsberidəki hadisə martın 4-də baş verib. Rəsmi London iddia edir ki, Skripalların zəhərlənməsində Rusiyanın əli var. Rusiya isə bunu qəti şəkildə inkar edir və bildirir ki, Böyük Britaniya Müdafiə Nazirliyinin kimya laboratoriyası məhz Solsberiyə yaxındır.