Загрузка...

Qırğızıstanın Bişkek şəhərinin restoranlardan birində toy mərasimi zamanı kütləvi zəhərlənmə hadisəsi baş verib.

BAKU.WS rus mətbuatına istinadən xəbər verir ki, 249 nəfərin toyda hazırlanmış toyuqdan zəhərlənməsi məlum olub.

Bu barədə Qırğızıstan Səhiyyə Nazirliyinin mətbuat katibi Jıldız Ayqerçinova açıqlama verib.

Səhiyyə Nazirliyinin rəsmisinin sözlərinə görə, zəhərlənməyə səbəb dəqiq olaraq toydakı somenella çöpləri olub.

Xatırladaq ki, zəhərlənənlər arasında 20-dən çox uşaq da olub.