NASA və onun daimi partnyoru “Loked Martin” aviakosmik agentliyi növbəti kontrakta imza atıb.
Axar.az xəbər verir ki, imzalanmış müqaviləyə əsasən səs dalğasını əhəmiyyətli dərəcədə azaldan təyyarə istehsal ediləcək.
Layihənin maya dəyəri 247,5 dollar olaraq hesablanıb.
Hazırlanacaq təyyarə 2021-ci ildə ilk sınaq uçuşunu həyata keçirəcək.
“X-plane” adlandırılacaq təyyarə 17 min metr hündürlükdə, saatda 1500 km sürətlə hərəkət etmək qabiliyyətinə malik olacaq.
Mütəxəssislər hesab edir ki, təyyarə mühərrikin səs-küyünü 75 destibelə qədər azalda biləcək.