Neftçala sənaye məhəlləsində yerləşən “Azərmaş” Asc- “İran Khodro” birgə avtomobil zavodunda istehsal prosesinə başlanılıb.
“Azərmaş” ASC-nin İdarə heyətinin sədri Emin Axundov bildirib ki, gələn ay bazara 300 avtomobil çıxarılacaq:
“Zavodda “Dena”, “Rana”, “Soren”, “Samand” markalı avtomobillər, eləcə də “Peugeot”un bir sıra modelləri istehsal ediləcək. Zavodun istehsal gücü birinci il üçün 10000 avtomobil təşkil edir. Gələcəkdə istehsal edilən həmin avtomobillərin Ukrayna, Rusiya və Mərkəzi Asiya ölkələrinə tədarük ediləcəyi gözlənilir”.
E Axundov qeyd edib ki, hazırda avtomobillərin ehtiyat hissələri idxal olunur və burada yığılır. “Gələcəkdə həmin hissələr də burada hazırlanacaq. Maşınların mühərrikinin gücü 1,7 , qiymətləri isə 14-16 min manat arasında dəyişir. Avtomobillər iki cürdür, full salon və adi”.
E. Axundov bildirib ki, “Xəzər” maşınlarının ilk sifarişçisi İqtisadiyyat Nazirliyidir . Nazirlik artıq 14 min dəyərində 10 ədəd maşın alıb:
“Gələn ilin sonuna qədər istehsal olunacaq “Xəzər” avtomobillərinin 20 faizi xaricə çıxarılacaq. İran tərəfi ixraclarının müəyyən hissəsini buradan həyata keçirməyi planlaşdırır. Ona görə gələcəkdə ixrac həcmlərinin artırılması nəzərdə tutulub. Bu maşınlar bazarda ən ucuz maşınlardır. Hazırda bazarda Rusiya və Çin maşınları ucuz sayılır ki, onların qiyməti 21 mindir. Bizim maşınlar isə bazara onlardan da ucuz qiymətə təklif olunacaq”.
Musavat.com