Загрузка...

Bu gün Azərbaycanın qiymətli metallar bazarında qiymətlər bahalaşıb.

Trend-in məlumatına görə, qızılın qiyməti təxminən 7,0295 manat bahalaşaraq 1 troy unsiyası üçün 2 260,337 manat təşkil edib.

Gümüş 0,1057 manat bahalaşaraq 1 unsiya üçün 27,931 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 10,7015 manat bahalaşaraq 1 595,2035 manat, palladiumun qiyməti isə 7,259 manat bahalaşaraq 1 628,0985 manat təşkil edib.