Загрузка...

“Kərimov Əli, özünü, ailəni qoruyub saxlaya bilmirsən. Sən bizi niyə təhqir edirsən? Sən bizi niyə terrorçu adlandırırsan?”

BAKU.WS-in məlumatına görə, bu sözləri prezidentliyə namizəd Hafiz Hacıyev ötən gün “İctimai” kanalında prezidentliyə namizədlərin debatı zamanı öz çıxışında bildirib.

Müasir Müsavat Partiyasının sədri Cəmil Həsənlinin onun haqqında səsləndirdiyi fikirlərə də kəskin reaksiya verib:

“Bunun yanında bir təlxək var. Qızını erməniyə verən təlxək. Bir dəfə onu döyüb burdan qovdum. Anara və Çingiz Abdullayevə böhtan atdı ki, niyə prezidentliyə namizədi dəstəkləyirsiz? Bunlar görür ki, əlləri hər yerdən kəsilir, arxaları ilə gedən yoxdu başlayırlar bizi təhqir etməyə. Həsənov Cəmil çıxışında deyir ki, 8 nəfər şəxs cinayətkardır. Həsənov Cəmil, sən şərəfsizin başında duran, namuzsuz adamsan. Qızını erməniyə vermisən. İndi ermənilərin tapşırığı ilə Azərbaycanda çevriliş etmək istəyirsən. Sən buna nail ola bilməyəcəksən.

Azərbaycan hakimiyyətinin daxilində milli qeyrəti olmayan insanlar çoxdur. Sənə pas verirlər və səni öyrədirlər. Kərimov Əliyə pul da verirlər. Bunları bilirik. Amma bu dövləti qoruyub oxumaq istəyən insanlar var. Onun biri İlham Əliyevdir, ikincisi Hafiz Hacıyevdir. Ya prezident mən olacam, ya da İlham Əliyev. Sizi dar ağacından asacam”.