Bakıda mağazada oğurluq hadisəsi kameraya düşüb.
BAKU.WS-in “qaynar xətti”nə göndərilən məlumata görə, hadisə Yasamal rayonu ərazisində baş verib.
“20 Yanvar” metrosu yaxınlığındakı ticarət mərkəzində mağazada baş verən oğurluq hadisəsi müşahidə kamerası vasitəsi ilə qeydə alınıb.
27-30 yaşları arasında bir gənc mağazada heç kimin olmadığını görərək içəri daxil olub və pul qabını götürüb.
Oğurluq hadisəsi anbaan kameraya düşüb. Mağaza sahibi 20-ci polis bölməsinə faktla bağlı məlumat verdiyini bildirib.
Həmin görüntüləri təqdim edirik: