Türkmənistan prezidentinin oğlu Sərdar Berdiməhəmmədov xarici işlər nazirinin müavini təyin edilib.
Axar.az xəbər verir ki, bu barədə Türkmənistan televiziyası məlumat yayıb.
Bildirilib ki, təyinatla bağlı şəxsən prezident Qurbanqulu Berdiməhəmmədov sərəncam imzalayıb.
Qeyd edək ki, bundan öncə S.Berdiməhəmmədovun deputat seçildiyi barədə məlumat yayılmışdı.