Загрузка...

Türkiyənin Aydın şəhərində dəhşətli yol qəzası baş verib.

BAKU.WS-in məlumatına görə, qəza zamanı Süleyman Tülek (38 yaş) adlı sürücü “09 F 4343” nömrə nişanlı avtomobil ilə qəzaya düşüb.

Azərbaycanlı sürücü Nurlan Cəfərlininin (23 yaş) idarə etdiyi “09 HD 300” nömrəli avtomobillə toqquşan türk sürücü qəzada yaralanıb. Sürücü ilə yanaşı, onun xanımı Münəvvər və 4 yaşlı oğlu Furkan Tülek də xəsarət alıb.

Təcili tibbi yardım göstərilməsinə baxmayaraq 4 yaşındakı Furkan Tüleki xilas etmək mümkün olmayıb.

Hadisəyə səbəb olan azərbaycanlı sürücü həbs olunub.