Загрузка...

3 illik fasilədən sonra Avstraliyanın Melburn əyalətində “Qanqsterlərin cənnəti” yenidən cəmiyyət arasına qayıdıb.

Publika.az xəbər verir ki, bir qrup dəstə özünü qorxulu bikey dəstəsi adlandırır. Bu dəstənin içərisində yalnız Viktoriya ştatına qarşı rəğbət var. Bunun səbəbi isə Viktoriyanın “insan haqqlarını müdafiə etdiyi” yeganə ştat olmasıdır.

Tatulu Fink üzvləri Viktoriyadakı üzvlərlə yenidən birləşərək burada istinadgah yaradacaqlarının mesajını veriblər. 3 illik fasilədən sonra Melburnda yeni klublar açacaqlarını bildirən dəstə üzvlərinin demək olar ki, bədəninin hər santimetrində döymə var.

Onlar ölkədə özlərinə yeni tərəfdaşlar yığmağa başlayıblar. Belə ki, onlara qoşulmaq istəyən hər kəs mütləq şəkildə təpədən dırnağa tatu vurdurmalıdır. Ciddi polis təqiblərinə məruz qalan dəstənin ilk üzvləri 3 il bundan qabaq dağılsa da, 3 illik fasilədən sonra qrup yeni üzvlərlə üsyançılardan ibarət çoxsaylı klublar açacaqlarını bəyan ediblər.

Ancaq BJ və sadiq üzvlər sayəsində qrup yenidən fəaliyyətə başlayıb. Onlar özlərini insan haqlarının müdafiəçisi kimi gördüklərini deyirlər. Buna baxmayaraq, dəstənin rəhbəri tez-tez polis nəzarətinə alındıqlarını, yoxlamalardan sonra sərbəst buraxıldıqlarını deyir:

“Klubumuz heyəti tamamilə dəyişdirilib. Hazırda Viktoriyada 20 üzvümüz var. Daha 20 nəfər də kluba qoşulmaq üçün döymə vurdurmağa hazırlaşır. Bizə digər ştatlardan da yeni üvzlər qatılmaq istəyir. Biz öz dəstəmizi genişləndirməyi planlaşdırırıq. Xarici görünüşümüz polislərin diqqətini cəlb edir və buna görə çox tez-tez təqiblərə məruz qalırıq. Gün ərzində bəlkə də ən azı 10 dəfə bölməyə aparılırıq. Amma onlar da bilir ki, biz yanlış heç nə etmirik. Bu, bizim həyat tərzimizdir”.

 

Qanqsterlərin cənnəti: Bu qrupa qoşulmaq üçün mütləq...

Qanqsterlərin cənnəti: Bu qrupa qoşulmaq üçün mütləq...