Загрузка...

Bakıda dəhşətli qətl törədilib.

Lent.az xəbər verir ki, Maştağa qəsəbəsindəki evində 62 yaşlı Zamin Rəsulov həyat yoldaşı, 60 yaşlı Natəvan Rəsulovanı xüsusi amansızlıqla öldürüb. Kişi həyat yoldaşına iri mətbəx bıçağı ilə 13 ağır zərbə endirib. Qadın hadisə yerindəcə keçinib.

Bildirilir ki, hadisə onların 41 yaşlı qızlarının gözü qarşısında baş verib. Belə ki, əvvəllər bir neçə dəfə infarkt keçirmiş 62 yaşlı Zamin Rəsulov bir müddət əvvəl iflic olub və xəstəxanaya yerləşdirilib. Müalicə prosesindən sonra dünən qızı və həyat yoldaşı onu xəstəxanadan çıxararaq evə gətirib. Evə gələr-gəlməz kişi ilə xanımı arasında mübahisə yaranıb. Zamin Rəsulov əsəbi halda iri mətbəx bıçağını götürərək, qadına hücum edib və onu öldürüb. Qızı atasının törətdiyi əmələ mane ola bilməyib və təcili yardım çağırsa da, artıq gec olub.

Məlumata görə, hadisəni törədən Zamin Rəsulov iki dəfə evli olub. O, uzun illər əvvəl Natəvanla ailə qurub. Lakin boşanaraq başqa qadınla evlənib. Xeyli keçəndən sonra Z.Rəsulov ilk həyat yoldaşının yanına qayıdıb.

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Z.Rəsulov tutulub. Araşdırma aparılır.