2 gün əvvəl Naftalan şəhərindəki “Sehrli Naftalan” sanatoriyasında 31 yaşlı qadının güllələnərək öldürülməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, tanışı tərəfindən qətlə yetirilən Günay Zeynalova ailəli olub və hamilə imiş. Bildirilir ki, sanatoriyada qeydiyyatçı işləyən qadının 2 yaşında bir övladı varmış və bir neçə ay sonra yenidən ana olmağa hazırlaşırmış. Hadisəni törədən Qızılhacılı kənd sakini Əli Hüseynov da qadının hamilə olmasından xəbərdar olub.
Qeyd edək ki, qətl hadisəsi pul mübahisəsinə görə baş verib. Belə ki, Ə.Hüseynov avtobus sürücüsüdür. Onun əsas işi sanatoriyaya dincəlməyə gələnlərin Göy-göl, Hacıkənd, Toğana kimi yerlərə gəzintilərini təşkil etmək olub. Avtobus sürücüsünə bu işdə Naftalan şəhərindəki sanatoriyalarda işləyən inzibatçı xanım kömək edib. Zaman keçdikcə G.Zeynalovanın Ə.Hüseynova borcu yaranıb və onların arasındakı işgüzar münasibət polzulub.
Onu da qeyd edək ki, hadisədən sonra saxlanılan Ə.Hüseynov ailəli olub və müsbət xarakterli şəxs kimi tanınıb.