Загрузка...

Goranboy rayon sakin borclu olduğu şəxs və onun tanışı tərəfindən döyülüb. Hadisə rayonun “Stansiya Goran” ərazisində baş verib.

Belə ki, rayonun Boluslu kənd sakini, 1993-cü il təvəllüdlü Həsən Mövsüm oğlu Əliyev borclu olduğu 1990-cı il təvəllüdlü İlkin İmamquliyevlə görüşüb. İ.İmamquliyev ondan 40 manat borcunu tələb edib. Bu zaman tərəflər arasında mübahisə yaranıb və nəticədə İ.İmamquliyev tanışı – 1983-cü il təvəllüdlü Ramin Musayevlə birgə H.Əliyevi döyüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan gənc xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirlir.

Məlumata görə, hadisəni törədən hər iki şəxs sərxoş olub.

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır. (Report)