Siyəzəndə naməlum kişi meyiti tapılıb.
Lent.az DİN Mətbuat Xidmətinin Quba regional qrupuna istinadən xəbər verir ki, martın 29-da Siyəzən rayon Yenikənd kənd ərazisində 55-60 yaşlarında bir kişi meyiti tapılıb. Tapılan zaman üzərindən heç bir sənəd aşkar olunmayıb. Həmin kişinin boyu 175 santimetr, orta bədən quruluşlu, gözləri mavidir. Bədəninin müxtəlif nahiyələrində dövmələr var.
Şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Siyəzən Rayon Polis Şöbəsinə (02330) 4-02-21; (02330) 4-13-03 şəhər nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
https://a.radikal.ru/a33/1803/14/6f5635ef75e4.jpg
https://d.radikal.ru/d30/1803/46/ee1b334e82a5.jpg
https://c.radikal.ru/c39/1803/45/4c5afa29d7b2.jpg
https://a.radikal.ru/a09/1803/a5/f7a497741ef2.jpg
https://c.radikal.ru/c21/1803/a6/4e9e6994e90c.jpg