Türkiyənin “Qalatasaray” klubunun mərhum prezidenti Özhan Canaydının heykəli naməlum şəxslərin hücumuna məruz qalıb.
“Report”un məlumatına görə, klubun Metin Oktay bazası önündə ucaldılan abidədən Canaydının ayağı qoparılıb.
Bundan başqa, heykəlin yanındakı aslan fiquru da oğurlanıb. 2012-ci ildə qoyulan heykələ daha əvvəl də zərər yetirilib.
Özhan Canaydın 2002 – 2008-ci illərdə “Qalatasaray”ın prezidenti olub. O, 2010-cu ildə 67 yaşında ikən xərçəng xəstəliyindən dünyasını dəyişib.