Загрузка...

Əməkdar artist Naibə Allahverdiyeva həyat yoldaşının keçmiş xanımı barəsində danışıb.

Oxu.Az xəbər verir ki, “Show time” verilişinə qonaq olan N.Allahverdiyeva bildirib ki, həyat yoldaşının keçmiş xanımı onu şərləyib:

“Bu insan mənim qayınatama məxsus bir əmlaka sahib çıxmaq istəyir. Qanunla onun buna ixtiyarı yoxdur. Çünki o, 2013-cü ildə yoldaşımdan boşanıb. Bunun isə mənə heç bir aidiyyəti yoxdur. Bura nikah şəhadətnaməsi ilə gəlmişəm.

O, saytlara açıqlama verib ki, guya mən onun ailəsini dağıtmışam. Amma onun özü mənim yoldaşımdan boşanıb. Yəni, o boşanmadan yoldaşımın xəbəri olmayıb. Yoldaşımla 2016-cı ildə Siyəzəndə restoranların birində tanış olmuşuq, ailə qurmuşuq.

İki ildən sonra bu mövzuları mətbuata çıxarmaq düzgün deyil. Hətta açıqlama verib ki, həyat yoldaşım onu döyürmüş. Əgər yoldaşım pisdirsə, canın qurtarıb. Bəs məndən nə istəyirsən? Onun bir məqsədi var, istəyir ki, mənə təsir eləsin və qayınatamın evini ələ keçirsin.

Qayınatamın da bir evi var, iki yetim uşaq saxlayır. Bütün övladları həmin evdə qeydiyyatdadır. İndi həmin ev plana düşüb, şirkət tərəfindən sökülüb. Şirkət müqaviləni həyat yoldaşımın keçmiş xanımı ilə bağlayıb. Bu da qanun pozuntusudur.

Özü mənə deyir ki, mən qayınatama deyim ki, evi bunlara versin, yoxsa məni biabır edəcək. Bir sözlə, məni şantaj edir. Deyir ki, qayınatanı yola gətirməsən, səni hər yerdə biabır edəcəm”.

Qeyd edək ki, N.Allahverdiyeva Yusif İsmayılov adlı şəxslə ailəlidir. Əməkdar artistin ailə qurduğu şəxsin keçmiş xanımı Nərgiz Əliyeva mətbuata açıqlama verərək bildirmişdi ki, N.Allahverdiyeva onun ailəsini dağıdıb.