Загрузка...

Gəncə şəhərində intihar hadisəsi baş verib.

Medianews.az APA-ya istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 2000-ci il təvəllüdlü Suleymani Əli Fərhad oğlu bədən səthinin 99% yanığı xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Vəziyyətinin ağır olduğu bildirilir. İlkin məlumata görə, Ə.Suleymani intihar məqsədi ilə üzərinə benzin tökərək alışdırıb.

Faktla bağlı araşdırma aparılır.