Mətanət Avazlı sağlamlığında problem olan insanları diqqətli olmağa çağırdı
“Ehtimal edilir ki, gecə saatlarında Bakıda və Abşeron yarımadasında toz dumanının qatılığı bir az da artacaq”.
Bunu Real TV-yə müsahibəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Monitorinq departamentinin direktor müavini Mətanət Avazlı deyib.
Onun sözlərinə axşam saatlarında tozun miqdarı sanitar normadan 45% yuxarı olub.
“Ötən il toz dumanını miqdarı 200%-ə çatmışdı. Son dövlər bu hadisələr tez-tez müşahidə olunur. Dumanın yayılmasında metereoloji şərait faktoru böyük rol oynayır. Gecə saatlarından etibarən şimal küləyi əsməyə başlayacaq. Bu küləyin güclənəcəyini gözləyir”, – deyə Mətanət Avazlı bildirib.
Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanına səbəb Ərəbistan yarımadasından atmosfer axınları ilə ölkə ərazisinə zəif toz-dumanının daxil olmasıdır.