Загрузка...

İngiltərənin “Liverpul” klubu misirli futbolçusu Məhəmməd Salahın transfer qiymətini artırmağı planlaşdırır.

Klub rəhbərliyi yarımmüdafiəçinin qiymətini 200 milyon avroyadək artıracaq.

Salah klubu ilə müqaviləni yeniləsə, aya 800 min avro qazanacaq. 26 yaşlı futbolçunu İspaniyanın “Real” klubu heyətinə daxil etmək istəyir.

Qeyd edək ki, Məhəmməd Salah yayda İtaliyanın “Roma” klubundan 42 milyon avroya “Liverpul”a transfer olunub. O, bu mövsüm 43 matçda iştirak edib və 37 qol vurub. (report)