Загрузка...

Bu gün milli komandamız növbəti yoxlama oyununa çıxıb.

Axar.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi yığmamız Antalyada Makedoniya millisi ilə qüvvəsini sınayıb. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb.

“Mardan” stadionunda keçirilən görüşdə videotəkrar sistemindən istifadə olunub ki, bu da millimiz üçün bir ilkdir.

Qeyd edək ki, yığmamız 2018-ci ildə ilk sınaq matçında Moldova ilə qolsuz heç-heçə edib. İkinci görüşdə Belarusla qarşılaşan komandamız 0:1 hesabı ilə uduzub.