Загрузка...

Kürdəmir sakini intihar edib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə gecə saatlarında rayonun Garıs Əyribənd kəndində baş verib.

Kənd sakini, 1996-ci il təvəllüdlü Əli Vidadi oğlu Cabbarov Girdiman çayın Kürdəmir rayon hissəsindən keçən hissəsindəki körpüdən özünü asaraq intihar edib. Ə. Cabbarovun hansı səbəbdən özünə qəsd etməsi hələlik məlum deyil.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.