Загрузка...

Bakıda süpürgəçi qadını avtomobil vuraraq öldürüb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, hadisə martın 27-də saat 18 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsində qeydə alınıb. Məlumata görə, “KamAZ” markalı avtomobil yolu keçən paytaxt sakini Cəmilə Salahovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən sürücü – Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Musayev saxlanılıb.

Qeyd edək ki, ölən Cəmilə Salahovanın fotosu sosial şəbəkələrdə yayılıb və geniş müzakirələrə səbəb olub.

Xatırladaq ki, Mənzil-İstismar sahələrinin təmizlik işçiləri ilə bağlı “Report” videomaterial hazırlamış, avtomobil yollarını süpürən bu təmizlik işçilərinin həyatlarının daim təhlükədə olduğunu qeyd etmişdi.