Qoç – Şəxsi büdcənizdəki problemli durum istər-istəməz ovqatınıza da mənfi təsir göstərir. Bununla yanaşı səhhətinizi də qorumağa çalışın. Riskli hərəkətlərdən uzaq olun.
Buğa – Buraxdığınız səhvlərin xiffətini çəkməkdənsə, gələcəyə nikbin baxın. Çünki bu gün əksər sahələrdə sizə böyük irəliləyişlər bəxş edəcək. Nahardan sonra səfərə çıxmağa dəyər.
Əkizlər – Saat 12-yə qədərki ərəfəni nəzərə almasaq, hər mənada uğurlu tarixdir. Maliyyə məsələlərində, əməkdaşlıq zəminində xeyli irəliləyişləriniz gözlənilir. Təzə xəbərlər də eşidəcəksiniz.
Xərçəng – Səhhətinizdə problemlər olduğundan fəaliyyətinizdə müəyyən passivlik mümkündür. Bu isə hansısa irəliləyişin qarşısını ala bilər. Ailə üzvlərinizlə mehriban davranın.
Şir – Astroloji göstəricilər saat 12-15 arası əsas diqqətinizi maliyyə məsələlərinə yönəltməyinizi tövsiyə edir. Gələn ay ərzində görəcəyiniz işləri indidən sistemləşdirin.
Qız – Bürcünüz üçün olduqca mistik gündür. Təsir altına düşməkdən uzaq olun. Hər hansı ekstrasensə, münəccimə və ya falçıya müraciət etməyin. Bütün proseslərə realistcəsinə yanaşın.
Tərəzi – Martın bu dəyişkən təqvimi sizin üçün müəyyən mənada gərgin keçə bilər. Odur ki, üzərinizə düşən vəzifələrin öhdəsindən məsuliyyətlə gəlməyə çalışın. Mübahisələrdən uzaq olun.
Əqrəb – Təxminən saat 13-ə qədər bütün işlərinizi təxirə salın. Çünki bu ərəfədə hansısa cəhdinizin baştutma ehtimalı yoxdur. Sonrakı saatlarda isə maraqlı hadisələrin şahidi olacaqsınız.
Oxatan – Rəqiblərlə rastlaşma ehtimalınız böyükdür. Çalışın ki, bu hallarla üzləşəndə mübahisəyə meyl etməyəsiniz. Hava qaralanda evdə, otaq şəraitində olmağa çalışın. Təkliflərdən imtina edin.
Oğlaq – İşgüzar sövdələşmələr üçün olduqca əhəmiyyətli təqvimdir. Aldığınız istənilən təklifi razılıqla qarşılayın. Perspektivli pul sövdələşmələrində də iştirakınız vacibdir.
Dolça – Daxili süstlüyünüz nahardan sonra səngiməyə başlayacaq. Əməkdaşlıq etdiyiniz adamlarla münasibətləri səmimiyyət üzərində qurun. Heç kimi aldatmayın. Bəxtinizdə pul da var.
Balıqlar – Bir qədər qalmaqallı gündür. Bunun üçün ilk növbədə kənar təsirlərə aludə olmamalısınız. Sizə aidiyyatı olmayan məsələlərə müdaxilə etməyin. Əsas enerjinizi fəaliyyətə yönəldin.