“Tesla” və “Space X” şirkətinin qurucusu Elon Maskın atası haqqında şok iddia qaldırılıb.
Publika.az xəbər verir ki, E.Maskın “bərbad bir insan” deyib, görüşmədiyi atasının ögey qızı ilə münasibətdə olduğu və ondan bir uşağı doğulduğu ortaya çıxıb.
“Mailonline”nin xəbərinə görə, E.Maskın 72 yaşlı atası Errol Mask 30 yaşlı ögey qızı Yana Bezuidenhoutla cinsi əlaqədə olub. Cənubi afrikalı biznesmen Errol Yananın anası ilə evləndiyi zaman adıçəkilən qızın 4 yaşı olub. Errol verdiyi açıqlamada 18 il evli olduğu Yananın anasının çətinliklə xatırladığını deyib.
Errolun ailəsinə yaxın mənbələrdən verilən məlumata görə isə biznesmenin Yananın anasından 2, Yanadan isə 1 övladı var.
Xatırladaq ki, E.Mask atası haqqında danışarkən onun yaxşı bir insan olmadığını demişdi:
“Atam şeytanın üzərində detallı şəkildə işlədiyi planıdır. O, ağlınıza gələ biləcək hər cür pisliyi edən biridir. O qədər pis insandır ki, buna inanan bilməzsiniz”.
Errol Mask isə oğlunun şıltaq biri olduğunu, istədiyini ala bilmədiyi üçün ona şeytan dediyini söyləmişdi.