Загрузка...

Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Apasport.az AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, yığmamızın baş məşqçisi Qurban Qurbanov Elvin Yunuszadəni düşərgədən kənarlaşdırıb.

Buna “Qarabağ”ın futbolçusunun nizam-intizam qaydalarını pozması səbəb olub.

Yunuszadə ilə yanaşı, Araz Abdullayevin də adı Belarusla yoxlama matçının iştirak ərizəsinə salınmamışdı. Görüşdən sonra keçirilən mətbuat konfransında Qurbanov bu futbolçulardan birinin Türkiyəyə aparılmayacağını açıqlamışdı.

Qeyd edək ki, yığmamız martın 27-də Antalyada Makedoniya ilə qarşılaşacaq