Загрузка...

İspaniya yığmasının sabiq qapıçısı Santyaqo Kanisaresin 5 yaşlı oğlu dünyasını dəyişib.

Medianews.az Komanda.az-a istinadən xəbər verir ki, onun Santi adlı övladı xərçəng xəstəliyindən əziyyət çəkirdi. Aylardı davam edən müalicə Kanisaresin oğlunun həyatda qalmasına kömək etməyib.

Oğlunun ölüm xəbərini Santyaqo öz sosial şəbəkə hesabından yayıb. Bu xəbərin ardından aralarında “Real”, “Barselona” və “Valensiya”nın da yer aldığı bir sıra İspaniya klubları keçmiş futbolçuya başsağlığı mesajı yayıblar.