Загрузка...

BAKU.WS-in bu dəfə ki müsahibi “Laləli saray” serialının Gülnarəsi, tanınmış teleaparıcı Aytən Əlizadədir. 

Yazıçı Sevil Nazirşahın “Oderjimaya meçtoy” povestinin baş qəhrəmanı aktrisa olmaq arzusuna görə doğmalarının, həyat yoldaşının üzərindən xətt çəkir və varlı bir şəxsin təklifinə “hə” deyərək onunla evdən qaçır. Aytən Əlizadənin öz arzusuna çatmağı üçün cəsarəti haraya qədərdir, sərhədi varmı?

Heç bir arzuma görə nəyinsə üstündən xətt çəkmərəm. Xüsusi ilə də, əgər burada söhbət mentalitetdən, ailə münasibətlərindən gedirsə… O prinsipləri, sərhədləri aşan insan olsaydım, indikindən bəlkə də daha populyar olardım. Etiraf edirəm ki, çərçivələri gözləyən insanam.

“Bunu desəm, məni topa tutarlar”-cazibədar aparıcı (FOTO)

“Laləli saray”da nələr baş verir? Obrazınız haqqında nə deyə bilərsiniz? 

İlk növbədə onu deyim ki, bir filmə, bir seriala çəkilməklə özümə aktrisa desəm, məni topa tutarlar.Sadəcə təklif aldım və özümü sınadım. İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirmişəm və hər zaman özümü serialda, filmdə sınamaq istəmişəm. Bu serialda intiqam hissi ilə yaşayan Gülnarə obrazını canlandırıram.

Serialın ssenarisinə uyğun bir sualım var. Həyatda sevdiyiniz oğlanın anası sizi istəməsəydi, ona ərə gedərdinizmi? 

Yox. Əslində, mənim sevgim də, nifrətim də çox güclüdür, orta balans yoxdur. Belə bir hadisə ilə həyatda üzləşmişəm və həmin şəxslə sağollaşmışam. Əgər bir insanın anası məni istəmirsə, mən necə ola bilər ki, ona görə mübarizə aparım. Mən bu mövzuda mübarizə aparan insan deyiləm. Gərək qayınana da adamı istəsin.

“Bunu desəm, məni topa tutarlar”-cazibədar aparıcı (FOTO)

Niyə Aytən Əlizadə şou-biznesdə 5 adıçəkiləndən biri olmaq istəmir? 

İstəmirəm. Məni yalnız özümə görə tanıyın. Çünki mən başımı aşağı salıb işimlə məşğul olan insanam. Heç vaxt qalmaqal etmirəm. Eşitmisiniz desinlər ki, Aytən filan yerdə ev aldı, maşınını dəyişdi, filankəs sevdiyi insandır… Mən belə şeylərdən hər zaman qaçmışam.. İstəmirəm ki, gündəmə elə bir şeylərlə gəlim.

Bir vaxtlar “Təhminə və Zaur” filmi çəkilmişdisə, niyə indiki günümüzdə həmin filmdə yer alan bəzi səhnələri yaxşı qarşılamırlar?

Bu sözümü yəgin düzgün qəbul edərlər. Bir çox filmlərimizə baxıram və çox təəccüblənirəm. İndi deyirlər ki, ay açıq-saçıq geyindi, filan rola çəkildilər. Belə götürəndə bu o vaxt da olub, amma nədənsə indi belə şeylər daha çox diqqət çəkir. Bura Hollivud, Türkiyə deyil. Bugünkü gündə elə bir rola çəkilən xanım aktrisa varsa, özünüz də bilirsiniz ki, necə tənqid atəşinə tutulur. Bir daha söyləyirəm ki, mən çərçivələri gözləyən insanam. Heç vaxt istəmərəm ki, valideynim harasa çıxanda desinlər ki, bu filankəsin anasıdır. Əslində kompleksim yoxdur, amma çərçivələri qoruyuram. Bugünkü gün yarpaqla şəkil çəkdirmərəm, açıq-saçıq şəkillər çəkdirib qoymaram. Mən Azərbaycanda yaşayıram, bakılıyam və bu nüanslara nəzər yetirirəm. Onu da deyim ki, bakılı olmağımı da ilk dəfə sizə söylədim. Bilirsiniz ki, haralısan, neçə yaşın var və şəxsi həyatla bağlı sualları sevmirəm.

“Bunu desəm, məni topa tutarlar”-cazibədar aparıcı (FOTO)

Sizcə, valideynlər öz övladlarına çox müdaxilə etmir? Onların hər bir addımına nəzarət etmək istəyirlər. Bu, düzgündürmü? 

Elə əsas məsələ də odur da. Bizdə hərdən “Laləli saray”da obrazların bəzi yaxın səhnələri olur… Evdə mama baxıb deyir ki, bundan artıq olmasın, bu nədir, get aparıcılığını elə.

Gənc aktyor və aktrisaları sünilikdə ittiham edirlər…

Ssenari bizə təqdim olunur, oxuyuruq, rejissor izah edir. Əslində, bu belə olmamalıdır. Rejissor heç olmasa 2 ay aktyor, aktrisa ilə işləməlidir. Vaxt qıtlığından ssenarini oxuyuruq, hadisələri başa salırlar və çəkirlər. Sonra da deyilər ki, sən bunu süni oynadın, obrazı tamaşaçıya çatdıra bilmədin. Türkiyəyə nəzər yetirsək, görərik ki, orada aktyorlarla, aktrisalarla psixoloqlar məşğul olurlar.

“Bunu desəm, məni topa tutarlar”-cazibədar aparıcı (FOTO)
Bildiyim qədər səyahət etməyi çox sevirsiniz. Ən yaddaqalan hansı səyahətiniz olub? 

Keçən il, Yeni İli Kiyevdə qarşıladım. Tam fərqli bir Yeni İl oldu. Ümumiyyətlə, slavyan ölkələrinə səyahət etməyə daha çox üstünlük verirəm. Soyuq ölkələri çox sevirəm.

Bir müddət Space TV-də “Hava ulduzlarla” verilişini aparmısınız. Hansı ulduzun yanında havanın hərarəti yüksəlib, hansının yanında isə sanki ətraf buz bağlayıb? 

Əslində o mənim ideyam deyildi. Hava proqnozunu ulduzlarla təqdim etmək kanalın rəhbəri, rejissor Vaqif Mustafayevin fikri idi. Öz növbəmdə dedim ki, gəlin havanı hər dəfə bir yerdə çəkək, bölgələrə yollanaq. Lazım gəlsə, lap paraşütdən də tullanaram. Dedilər ki, sən canına susamısan, elə bir şey mümkün deyil. Riskə gedən insanam, işimə görə paraşütdən də tullanıb havanı deyərdim. Fərqli hava təqdimatımla inqilab etmişəm (gülür-red.). İndi də seriala çəkilməyimə baxmayaraq, gənc nəsil məni hələ də hava proqnozundakı Aytən kimi tanıyır.

“Bunu desəm, məni topa tutarlar”-cazibədar aparıcı (FOTO)

Apardığınız “Hər bir havada” maqazin verilişi niyə bağlandı? 

Əslində, o verilişin bağlanmasını özüm istəmişdim. Çox bezirdim. Əgər bir məşhurun evinə gedib çəkiliş edirdimsə, digəri mənə zəng edib deyirdi ki, niyə onu çəkmisən. Küsənlər olurdu, məşhurlar bir-biri ilə yola getmirdilər, ortada mən qalırdım.

Elçilərin ardı-arası kəsilmədiyi bir halda Aytən xanım hələ də subaydır? 

Onu sizə kim deyir? (gülür-red.). O sözü mən ümumiyyətlə dilimə gətirməmişdim. Bu gülünc söhbətdir. Bax o müsahibəni yazan jurnalistlə aram dəymişdi, çünki demədiyim sözü yazmışdı. İnsan deyə bilər ki, bir-iki elçi gəldi və ya heç gəlmədi. Bu sahənin içində olmayan insan heç vaxt səni başa düşə bilməz. Ona görə sənət adamları elə bir-biri ilə ailə həyatı qururlar. Bu aləmdən olmayanlar çox nadir hallarda bizi başa düşə bilərlər. Necə ki, biz digər peşə sahiblərinin işlərini başa düşmürük, onlar da elə.

“Bunu desəm, məni topa tutarlar”-cazibədar aparıcı (FOTO)