Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov bu dəfə də fərqli addımı ilə mətbuatın diqqətini cəlb edə bilib.
Türkmənbaşı “konsert”-də Türkmənistan qadınları üçün türkmən, ingilis və rus dillərində mahnılar oxuyub.
Türkmənbaşı mahnıları canlı şəkildə ifa etməyib, sadəcə olaraq, onun ifası əsasında müəyyən klip hazırlanaraq tədbir iştirakçılarına təqdim edilib.
Prezidentin bu görüntüləri televiziyalar tərəfindən 8 martda yox, 18 martda yayımlanıb.