Qoç- Ünsiyyətdə olduğunuz bütün insanlarla davranışlarınızı səmimilik üzərində qurun. Yaxın günlərdə maddi problemlərinizin aradan qalxacağına nikbin yanaşın. İnsanlara inamla baxın.
Buğa – Səhər saatlarında müəyyən gərginliklə rastlaşsanız da, bunun neqativ nəticələri görünməyəcək. Təxminən saat 12-dən vəziyyətiniz düzələcək. Amma sağlamlığınızı da gözdən qoymayın.
Əkizlər – İşlə bağlı müəyyən mübahisələriniz gözlənilsə də, bu, nəzərdə tutduğunuz planların reallaşmasına mane olmayacaq. Bu gün ailə-sevgi münasibətlərindəki passivliyi mütləq aradan qaldırın.
Xərçəng – Etibar etdiyiniz bəzi şəxslər tərəfindən aldadıla bilərsiniz, ələlxüsus da yaxın ətrafınız tərəfindən. Belə məqamlarda soyuqqanlılıq nümayiş etdirməyiniz vacibdir. Bu gün qazanmaq ehtimalınız da var.
Şir – Daha bir səmərəli gün yaşayacaqsınız. Astroloji göstəricilər hər hansı qanqaraçılığın mümkünlüyünü təkzib edir. Qərarlarınızda qəti olsanız, bəxtiniz də gətirəcək.
Qız – Olduqca təzadlı gündür. Ünsiyyətdə olduğunuz adamlar sizi çaşdıra bilər. Gələcək perspektivlərinizi reallaşdırmaq üçün müzakirələrə başlayın. Ulduzlar sizi müdafiə etməkdədir.
Tərəzi – Xoş təsadüflərlə zəngin bir gün yaşayacaqsınız, hətta ola bilsin ki, çoxdan görmədiyiniz insanlarla da rastlaşasınız. Saat 15-18 aralığında isə maraqlı təkliflər alacağınız gözlənilir.
Əqrəb – Pulsuzluğu özünüzə dərd hesab etməyin. Əsası odur ki, tənha qalmayasınız. Bu, bürcünüz üçün ən dözülməzidir. Yaxşısı budur, gücünüzü yarımçıq qalmış işlərin həllinə yönəldəsiniz.
Oxatan – Bahar nəfəsinin duyulduğu bu ərəfədə mənəvi rahatlıq tapmaq sizin üçün o qədər də çətin olmayacaq. Üstəlik, ətrafınızda olan insanların sizə münasibətində müsbət amillər, hətta sürprizlər də mümkündür.
Oğlaq – Paralel olaraq bir neçə işlə məşğul olmaq, həlledici məsələlərdə qətiyyət göstərmək bu gün üzərinizə düşən başlıca vəzifədir. Bir sözlə, bu gün istirahət və ya passiv olmaq barədə düşünməməlisiniz.
Dolça – İxtiyarınızda olan bu gündə pul məsələləri ilə bağlı hər hansı mübahisəyə getməyə dəyməz. Yaxşısı budur, səbrli olub uğurlu məqamınızı gözləyəsiniz. Problemlərdə vasitəcilərdən istifadə edin.
Balıqlar – Maraqlı hadisələrlə rastlaşacağınız gözlənilir. Hətta könülaçan məclislərdə iştirak edə bilərsiniz. Yeni iş üslubuna keçmək barədə isə düşünməyin. Öz səhvlərinizə özünüz cavabdeh olmalısınız.