Zaqatala rayonunda 31 yaşlı kişi özünü qoz ağacından asaraq intihar edib.
Medianews.az Report-a istinadən xəbər verir ki, hadisə bugün səhər saatlarında rayonun Qandax kəndində qeydə alınıb.
Kənd sakini 1987-ci il təvəllüdlü Anar İbad oğlu Kərimov yaşadığı evin həyətində qoz ağacından özünü asıb. Onun intihar etməsinin səbəbi hələlik məlum deyil.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.