Çərşənbə axşamı, 19 Mart 2024

Şamaxıda nişanlı oğlanın intiharının təfərrüatı: “Xonçalar qəbrinin üstünə düzüldü”

Şamaxı rayonunda nişanlı oğlanın intiharının bəzi təfərrüatı məlum olub.

Rayonun Ovçulu kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Alıyev Müzadil Şahsəddin oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asıb:

“Müzadil 7-8 aydır nişanlı idi. O, anası ilə birgə qalırdı. Özü də asfalt zavodunda işləyirdi. Bundan əlavə toylarda video çəkirdi. Yəni, özünü dolandırırdı. Novruz bayramı ilə bağlı qız evinə bayramlıq aparacaqdılar. Oğlan gecə saat 12-yə kimi qız evində olub. Anası deyib yəqin nişanlısının yanındadır. Səhər anası yuxudan duranda baxıb ki, oğlan yerində yoxdur. Axtaranda baxıb ki, həyətdəki yarımçıq tikilidə pres iplə özünü asıb”.

Kənd sakinləri deyir ki, bayramla əlaqədar qız evi üçün bağlanmış xonçalara qara bağlandı: “Nə qədər xonça bağlanmışdı. Onların hamısı Müzadilin qəbrinin üstünə və yuyulduğu yerə səpildi. Onun nə üçün özünü öldürdüyü məlum deyil”.

Qeyd edək ki, Şamaxıda intihar hadisəsi baş verib. Rayonun Ovculu kənd sakini 1995-ci il təvəllüdlü Alıyev Müzadil Şahsəddin oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asaraq intihar edib.

DAHA ÇOX OXU

Xəbər lenti