Qayınatası Şirzad Əmənovu qətlə yetirən Lənkəran şəhərində yaşayan Rasim İsmayılov saxlanılıb.
Lent.az-ın Daxili İşlər nazirliyinin saytına istinadən məlumatına görə, martın 21-də Lənkəran şəhərində yaşayan Rasim İsmayılov evinin yaxınlığında münaqişə zəminində qayınatası Şirzad Əmənova bıçaqla xəsarət yetirib. Nəticədə xəstəxanaya yerləşdirilmiş 62 yaşlı Ş.Əmənov orada ölüb.
Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən R.İsmayılov saxlanılıb.