Bayram günləri baş verən yol qəzalarının statistikası açıqlanıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, martın 20-də və 21-də respublikanın avtomobil yollarında 11 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə, 7 nəfər ölüb, 18 nəfər xəsarət alıb.

Günel həyat yoldaşı ilə birlikdə Fransada belə dincəlir (FOTO)

Məşhur aparıcı və blogger Günel Hümbətova ailəsi ilə birlikdə Avropanı qarış-qarış gəzib, orada yaşadığı ən maraqlı anları telefonun yaddaşına həkk edib, sosial şəbəkədə izləyiciləri ilə bölüşüb. BAKU.WS xəbər verir ki, Günel həyat yoldaşı Firuz Soliyev ilə Parisdə əl-ələ gəzərkən görüntülənib. Cütlüyün çox xoşbəxt olduğu diqqətdən yayınmayıb. Günel həmin fotonu 240 minlik instagram hesabında paylaşıb. Günel Hümbətova […]

Qayınatası Şirzad Əmənovu qətlə yetirən Lənkəran şəhərində yaşayan Rasim İsmayılov saxlanılıb. Lent.az-ın Daxili İşlər nazirliyinin saytına istinadən məlumatına görə, martın 21-də Lənkəran şəhərində yaşayan Rasim İsmayılov evinin yaxınlığında münaqişə zəminində qayınatası Şirzad Əmənova bıçaqla xəsarət yetirib. Nəticədə xəstəxanaya yerləşdirilmiş 62 yaşlı Ş.Əmənov orada ölüb. Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən R.İsmayılov saxlanılıb.

Türkiyədə yaşayan model Günay Musayeva Beyruta gedib. Lent.az-ın axşam.az-a istinadən məlumatına görə, Günay gəzintidən fotolarını sosial şəbəkədə paylaşıb.  Modelin açıq-saçıq libası diqqət çəkib. Günay şəklinə yazılacaq tənqidlərin qarşısını almaq üçün şərh bölməsini bağlayıb.

Bakıda Bayram günlərində bir nəfər qidadan zəhərlənib. Bu barədə Lent.az-a Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib. Məlumatda deyilir ki, martın 20-də Sabunçu rayon sakini 28 yaşlı Rəşad Məlikov spirtli içkidən zəhərlənib. İlkin tibbi yardım göstərilib. R. Məlikov stasionar müalicədən imtina etdiyi üçün evə buraxılıb.

Ağsuda 10 yaşlı uşağı maşın vuraraq öldürüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 20-də saat 14.00 radələrində Ağsu rayonunun Padarqışlaq kəndi ərazisində Şamaxı rayon sakini Şakir Salmanov idarə etdiyi “Mercedes” markalı avtomobillə qəflətən yola çıxan kənd sakini, 10 yaşlı Ramil Abışovu vurub. Nəticədə uşaq hadisə yerində ölüb. Ağsu RPŞ tərəfindən araşdırma […]

Zaqatala rayonunda 31 yaşlı kişi özünü qoz ağacından asaraq intihar edib. Medianews.az Report-a istinadən xəbər verir ki, hadisə bugün səhər saatlarında rayonun Qandax kəndində qeydə alınıb. Kənd sakini 1987-ci il təvəllüdlü Anar İbad oğlu Kərimov yaşadığı evin həyətində qoz ağacından özünü asıb. Onun intihar etməsinin səbəbi hələlik məlum deyil. Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda cinayət […]

Şamaxı rayonunda nişanlı oğlanın intiharının bəzi təfərrüatı məlum olub. Rayonun Ovçulu kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Alıyev Müzadil Şahsəddin oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asıb: “Müzadil 7-8 aydır nişanlı idi. O, anası ilə birgə qalırdı. Özü də asfalt zavodunda işləyirdi. Bundan əlavə toylarda video çəkirdi. Yəni, özünü dolandırırdı. Novruz bayramı ilə bağlı qız […]

Moskvanın Boqorodskoye rayon polis şöbəsində iclas vaxtı dava düşüb. Virtualaz.org “Mash” telegram-kanalına istinadən xəbər verir ki, şöbə rəisi olan polkovnik-leytenanta kəskin cavab verən mayor Qomenyuk döyülüb. Hadisədən sonra mayorun vəzifəsindən azad edildiyi bildirilir.

“Milli komandanın sükanı arxasında ilk rəsmi debüt oyunumdur. Matçın başlamağını maraqla gözləyirəm”. Bu sözləri Qol.az-a açıqlamasında 21 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Rəşad Sadıqov deyib. Komandamız AÇ-2019-un seçmə qrup mərhələsi çərçivəsində sabah səfərdə Kosovo seçməsi ilə qarşılaşacaq. Bu, R.Sadıqovun U-21-in baş məşqçisi qismində ilk rəsmi matçı olacaq. Oyun öncəsi Sadıqov saytımıza Kosovodan təəssüratlarını bölüşüb: […]

İndi internet saytlarını da girov qoyaraq bankdan pul götürmək olar. Çünki saytları artıq daşınar əmlakın yüklülüyü kimi nəzərə alaraq brend formasında rəsmiləşdirmək mümkün olacaq. Kreditin məbləği isə saytın giriş sayı və reytinqinə uyğun olaraq müəyyənləşəcək. İnternet resurslarının monitorinqini aparan beynəlxalq reytinq şirkətlərində ilk sıralarda olan saytların kredit xətti daha yüksək olacaq. Ekspertlərin fikrincə, saytlara kredit […]

Xızı rayonunda 5 yaşlı qız bədbəxt hadisə nəticəsində yanıq xəsarətləri alıb. Medianews.az-ın “report”a istinadən xəbərinə görə, hadisə rayonun Giləzi qəsəbəsində baş verib. Belə ki, mətbəxtdə nəzarətsiz qalan 2013-cü il təvəllüdlü Gülsurə Seyid qızı Mustafayevanın üzərinə qaz üstündə qaynayan su dağılıb. Azyaşlı ağır yanıq xəsarətləri ilə Sumqayıt şəhər TTYX-a çatdırılıb. Müayinə zamanı azyaşlının 1-ci və 2-ci […]

Azərbaycanı “Avroviziya 2018″də təmsil edəcək Aysel Məmmədova (Aisel) promo turlara start verilib. BAKU.WS xəbər verir ki, Aisel ilk dəfə yarışma üçün oxuduğu “X my heart” mahnısını böyük səhnədə səsləndirib. Ayselin çıxışı Yunanıstanda “Mad Walk” moda gecəsi çərçivəsində baş tutub. Aysel mahnını akustik versiyada oxuyub.

“Apple” şirkətinin “iPhone”nun 10-cu ili münasibətilə çıxartdığı “iPhone X” modeli gözlənilən nəticəni verməyib. BAKU.WS xarici istinadən xəbər verir ki, hətta satışlar aşağı olduğu üçün şirkət zavodlardakı istehsalı 2 qat azaldıb. Belə olan halda ekranları və bir sıra detalları “Samsung”dan aldığı üçün satışların aşağı olması “Samsung”a da ziyan vurdu. Bunları görən “Apple” 2018-ci il üçün çıxaracağı iPhone […]

Türkiyənin məşhur aparıcısı və iş adamı Acun Ilıcalı özəl təyyarəsini satışa çıxarıb. BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, 6,5 milyon dollara satışa çıxarılan təyyarəyə maraq yüksək olmayıb. Bunun da əsas səbəbi iş adamı Ali Ağaoğlu kirayə götürən zaman texniki problemin yaşanmasıdır. Həmin hadisədən sonra narahat olan TV rəhbəri özünə yeni təyyarə alaraq “Challenger 300”ü satışa […]