Загрузка...

Baş rollarda aktyor Özcan Dəniz və aktrisa Aslı Enverin çəkildiyi “İstanbullu gəlin” serialı dünyanın müxtəlif ölkələrində böyük marağa səbəb olub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işi Albaniya, Rumıniya, Xorvatiya, Bolqarıstan, Bosniya və Herseqovina, Yunanıstan, Gürcüstan, Qazaxıstan, Çernoqoriya, İsrail və Anqola ilə birlikdə ümumilikdə 15 ölkəyə satılıb.

Bundan başqa, serial Meksika, Kosta-Rika, Argentina, Çili, Peru, Uruqvay, Braziliya və Panama da yayımlanmağa başlanacaq. Bunun üçün hazırda danışıq işləri aparılır.

Bildirilir ki, dünyanın bir çox ölkələrindən jurnalistlər serialın əsas qəhrəmanlarından müsahibə almaq üçün Türkiyəyə gedirlər. Keçən həftə isə çəkiliş meydançasına Xorvatiya, Albaniya və Bosniya və Herseqovinadan qonaqlar gedib. Özcan və Aslı media nümayəndələrinin suallarını cavablandırdıqdan sonra onlarla xatirə şəkilləri də çəkdiriblər.