Rusiya Federasiya Şurasının üzvi Konstantin Kosacovun Azərbaycana silah satışının məhdudulaşdırılması barədə dediklərini Ermənistan XİN sevinclə şərh edib. “Biz bunu alqışlayırıq. Rusiya nəhayət ki, 2016-cı ildəki 4 günlük müharibədən sonra nəticə çıxardı”, deyə nazir müavini Şavarş Koçaryan açıqlama verib.
Lakin görünür o nəyi isə yaddan çıxarıb. Birincisi, Kosacov Federasiya Şurasının komitələrindən birinin rəhbəridir. O, hələ ki, nə prezident, nə baş nazir, nə də müdafiə naziridir. İkincisi, qərbin Rusiyaya iqtisadi sanksiya tədbiq etdiyi biz zamanda Moskva üçün Azərbaycana edilən satış vacibdir. Həm də Bakı silahı kreditlə alan İrəvan deyil. Bu kreditlər isə çətin ki, nə vaxtsa ödənisin. Özü də Ermənənistanın MDB-nin ən yoxsul ölkələrindən biri seçildiyi bir dövrdə…
Rusiya Müdafiə Mazirliyinin nümayəndəsi bir müddət öncə İrəvan-Moskva-Astana telekörpüsündə bildirib ki, texnika və silah-sursat da geyim, qida kimi ticarət predmetidir. “Biz satmasaq, başqası satacaq. Yerimizi başqası tutacaq”.
Meddianews.az anews.az saytına istinadən xəbər verir ki, nazirlik rəsmisi həm də rəsmi şəkildə bəyan edib ki, əgər Qarabağda yeni hərbi əməliyyatlar baş verərsə, Rusiya buna müdaxilə etməyəcək. “Biz Qarabağ adlı respublika tanımırıq”.
Moskva İrəvanın yeni qərbli dostları ilə münasibətlərindən narazılığını sarı kartla göstərdi. İndi ermənilər anlamalıdırlar ki, iki stulda oturmaq olmaz. Bu çox təhlküəlidir…