Загрузка...

Son zamanlar bakirəliyi pozulan bəzi xanımlar “bakirəliyi bərpa” etmək üçün həkimə üz tuturlar. Bəs buna rəsmi olaraq icazə verilirmi? Qanunvericilikdə bu yolveriləndirmi?

Hətta sosial şəbəkələrdə mama-ginekoloq Ramilə Abbaszadə adlı həkim “bakirəliyin bərpası üçün edilən endirim və 100 faizli təminatla bağlı reklam da yerləşdirib. Bu da cəmiyyətdə birmənalı qarşılanmayıb.

Sualımızı Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədovaya ünvanladıq.

Medianews.az unikal.org-a istinadən xəbər verir ki, baş mama-ginekoloq bakirəliyin bərpasının qanunsuz olduğunu bildirib:

“Rəsmi olaraq bakirəliyin bərpası qanunvericilik tərfindən qadağan edilir. Onu edən həkimlər cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Bu cinayətdir, qanunvericiliyə ziddir”.

S.Məmmədova bu yaxınlarda cərrah, mama-ginekoloq Ramilə Abbaszadə adlı həkimin “bakirəliyin bərpası üçün edilən endirim və 100 faizli təminatla bağlı reklama da münasibət bildirib:

“Hesab edirəm ki, onunla hüquq mühavizə orqanları məşğul olmalıdır. Elə, bu tipli reklamlar yolverilməzdir və qeyri-qanunidir. Onun reklamını ictimailəşdirənlər də ciddi nəzarətdən keçməlidirlər.