Zarafatın faciəvi sonu…
Həm ölkəmizdə, həm də dünyada insanlar sosial mediada məşhur olmaq üçün olduqca qəribə yollara əl atırlar. Bunlarınsa bir çoxu ölümlə nəticələnib.
Bu yaxınlarda “Youtube” kanalı üçün çəkdikləri zarafat videosu əsnasında sevgilisi tərəfindən silahla vurularaq öldürülən Pedro Luiz-in məhkəməsində qərar çıxarılıb. Cinayəti qəbul edən Monaliza Perez 6 ay həbs cəzası verilib.
Minnesota əyalətinin Halstad şəhərində yaşayan cütlük özlərinə “Youtube” kanalı açaraq elədikləri qeyri-adi zarafatla məşhurlaşmaq istəyirdilər.
Cütlük bir övlad sahibidir və Monalisa Perez ikinci uşağa hamiləydi. 20 yaşlı Perez 22 yaşlı sevgilisi Pedro Ruiz-ə 30 santimetr məsafədən atəş açıb.
Perez bundan öncə “Mən və Pedro böyük ehtimalla ən təhlükəli videomuzu çəkəcəyik” deyib. Atəş açmamışdan əvvəl qoruyucu geyinsə də, qoruyucu onu ölümdən qoruya bilməyib. Həmin anı isə onların övladı daxil olmaqla 30 nəfər izləyib.
Perez hadisənin ardınca təcili yardıma zəng edərək həyat yoldaşını vurduğunu söyləyib.
Sosial mediada məşhur olmaq həvəsi beləcə faciə ilə nəticələnib.