Загрузка...

Azərbaycanlı milyonçu Telman İsmayılov Antalyadakı 7 ulduzlu “Mardan Palace” otelini satlığa çıxarıb.

Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, oteli “Rixos” otellər qrupu almaq istəyir. Məlumata görə, “Mardan Palace”a 400 milyon dollar qiymət qoyulub.

Xatırladaq ki, otelin açılışı 2009-cu il mayın 23-də olub. “Mardan Palace” Telman İsmayılova 1 milyard 400 milyon avroya başa gəlmişdi.