Загрузка...

Ayrıldıqları deyilən 25 yaşlı Selena Qomez və 24 yaşlı Castin Biber birlikdə görüntüləniblər.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, cütlük Beverli-Hilzdə yerləşən kilsəyə bir yerdə gedib.

Qeyd edək ki, Selena və Castinə yaxın mənbənin sözlərinə görə, sonuncu mübahisə onları ayrılıq həddinə çatdırıb. Cütlük bir-birini çox sevdiyini, amma yorulduqlarını bildiriblər. Bu səbədən onlar bir müddət ayrı qalmaq qərarına gəliblər.

Xatırladaq ki, Selena və Biber uzun ayrılıqdan sonra ötən ilin oktyabrında birləşmişdi.