Загрузка...

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” hərəkatı 57-ci günündə uğurla davam etdirilir.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, hərəkat çərçivəsində ən strateji nöqtə ələ keçirilib.

Afrin şəhərinin kənar məhəllələrinin 600 metrliyinə qədər yaxınlaşan Türkiyə Silahlı Qüvvələri və ASO birlikləri bölgənin ən strateji əhəmiyyətli ərazisi olan, bölgənin su və elektrik ehtiyaclarını təmin edən Meydanki anbarını PYD/YPG terrorçularından təmizləyib.

Bundan başqa, Afrin şəhəri ilə şimal və qərbdə yerləşən kəndlər arasındakı əlaqə kəsilib. Beləliklə, Mabatlı qəsəbəsi, həmçinin Cinderesdən Bülbülə qədər ərazilərdəki YPG terrorçuları mühasirəyə alınacaq və qaçmaq üçün heç bir şansları qalmayacaq.

Artıq şansları qalmayacaq, əsl KABUS BAŞLADI –

“Zeytun budağı” hərəkatının son günündə aparılan əməliyyatların gedişatında Afrinin xəritəsi də dəyişib. Meydanki qəsəbəsinin ələ keçirilməsi ilə terror təşkilatının işğalı altında olan zona ikiyə bölünüb. Afrinin qərbindəki bölgə də tamamilə mühasirəyə alınıb.

Məlumata görə, Meydanki qəsəbəsini itirən YPG terrorçuları qəsəbənin sakinlərini zorla özləri ilə Afrinə aparıblar. Qəsəbənin ələ keçirilməsi ilə Afrin şəhəri istiqamətində döyüşlər şiddətlənib.

Sakinlərə havadan atılan bildirişlərdə onlardan canlı qalxan kimi istifadə olunmasına icazə verilməməsi istənilib. Türkiyə Silahlı Qüvvələri Afrin sakinlərini təhlükəsizlik dəhlizinə doğru istiqamətləndirməyə çalışır. Terrorçulara atılan bildirişlərdə isə “Təslim ol, sənə uzadılan ələ güvən” sözləri yazılıb.