Загрузка...

Görünən ordur ki, Skripal və qızının zəhərlənməsinin arxasında Rusiya dayanır.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Oval ofisdə jurnalistlərə açıqlamasında deyib.

“Bu, olmamalı idi. Bu məsələni digərləri kimi ciddi nəzarətdə saxlayırıq”, – deyə Ağ Ev rəhbəri bildirib.

Qeyd edək ki, martın 5-də Rusiya Hərbi Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və onun qızı Yuliya huşsuz və ağır vəziyyətdə Britaniyada parkların birində tapılıb. Britaniya mətbuatı Sergey Skripal və qızının zəhərlənməsində Rusiyanın əli olduğunu bildirib. Daha sonra T. Mey də açıqlamasında Rusiyanın ölkəsinə güc tətbiq etdiyini bildirib.