Загрузка...

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əs-Səudin qızı şahzadə Hassa Bint Salman Parisdə qaldığı evdə çalışan işçini döydürərək ayaqlarını öpməyə məcbur edib.

Teleqraf.com xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

İşçinin evin şəkilini çəkdiyini görən şahzadə buna qəzəblənib və mühafizəçilərə həmin şəxsi döyməyi əmr edib. Mühafizəçilər işçini döyəndən sonra əl-qolunu bağlayıb şahzadənin ayaqlarından öpməyə məcbur ediblər.

Bir neçə saat bağlı otaqda saxlanılan işçi gecə sərbəst buraxılıb. İşgəncəyə məruz qalan şəxs polisə şikayət edib. Şahzadə Hassa həbs edilib.