Загрузка...

Müsahibimizin otağını tapmaq elə də asan olmadı. Çünki onun otağının qapısında digərləri kimi adı və vəzifəsi yazılmamışdı. Sadəcə “404” nömrəli otaq olduğu bəlli olurdu.

Sanki bəxti gətirməmişdi, internetdən istifadə edərkən bəzən internet şəbəkəsinin bizə oynadığı “404 Not Found” kimidir. Adının qapıya niyə yazılmamağına soruşanda isə klinikanın razı olmadığını dedi. Söhbət əslində günümüzün ən qlobal problemlərinə şahid olan seksoloqdan gedir. Bəli müsahibimiz Avropa Psixoterapiya Assosiasiyasının həqiqi üzvü, beynəlxalq sertifikatlı həkim-psixoterapevt, seksoloq Şəmsəddin Babayevdir. Şəmsəddin Babayevin otağının qapısında seksoloq yazmağı işlədiyi klinika rəva bilmir. Səbəbi bəlli olmasa da təqribən bilinir ki, bu mental dəyərlərimizin bizdə yaratdığı bir qalxan növüdür.

Keçək müsahibəmizə. Bu çətin peşənin sahibi Dr.Şəmsəddin Babayev BAKU.WS saytının hamıya maraqlı olan suallarını cavablandırıb. Necə deyək, Cem Yılmaz demişkən: “Mənim yox, bir dostumun ehtiyacı var”.

–Hər kəsin fəxrlə dediyi, həmişə fəxr olunan boşalmanın gecikməsinin zərəri var?

–Ümumiyyətlə götürəndə boşalma dediyimiz termin “eyakulyasiya” deməkdir. Eyakulyasiya təqribən 3-4 dəqiqədən sonra başlamalıdır. Normal orta göstərici isə 4-10 dəqiqədir. Bəzən olur ki 25-30 dəqiqə çəkir. İnternetdə gördüyünüz bəzi reklam xarakterli videolarda guya 40-50 dəqiqəyə qədər gecikmə edirlər. Amma bu normal hal deyil, mümkün deyil. Bunun üçün ayrıca məşqlər var. Əgər boşalmanın gecikməsi yaranırsa, deməli xəstəliklər var. Məsələn, ümumi xəstəliklər var ki, onlar boşalmanın gecikməsinə gətirib çıxarır.

Bunlardan biri qripdir. Bir insan davamlı olaraq tez-tez qrip tutursa, artıq onun bədənində o viruslar qalır və xayalarda hansısa virusa çevrilir. Bunun nəticəsində boşalma gecikir. Digər bir səbəbi isə psixolojik dərmanlardır ki, sinirləri öldürür, psixoseksual mərkəzi yatırdır. Cavanlarda isə boşalmanın gecikməsi ən çox, psixoloji-psixogen səbəbdən baş verir.

Cavan var ki, ümumiyətlə qorxur sekslə məşğul olmaqdan. Özündən asılı olmayaraq qadına yaxınlıq edə bilmir. Yada ki, həddən artıq dini mühitdə, dini söhbətlərlə böyüdülür. Uşaq vaxtında ailədən eşidir ki, sperma ifraz etmək günahdı, qadınla əlaqə günahdı və bu fonda başqa söhbətlər. Uşaqları belə böyütmək heç bir normativə uyğun deyil. Heç İslam dinində belə seksə qarşı mənfi reaksiya yoxdur. Uşaq dezinformasiya alır və gələcək həyatını korlayır. Ata oğlu ilə, ana qızı ilə böyüyə-böyüyə müəyyən söhbətlər aparılmalıdır.

Ata oğlunu, ana qızını pərdəni saxlamaq şərti ilə müəyyən şeyləri öyrədib ailə həyatına hazır etməlidirlər. Yoxsa uşaq gedib küçədə özündən böyük uşaqlardan daha qabarıq şəkildə, daha pozğun şəkildə öyrənəcək. Yada ki, gedib pornoqrafik videolardan səhv şeylər öyrənəcək. Uşaqlıq vaxtından düzgün tərbiyənin aparılmaması nəticəsində psixoseksual mərkəzlər tormozlanır və gəncin seks həyatı qaydasında irəliləmir.

–Erkən boşalma nədən qaynaqlanır? Necə müalicə olunur? Dərmanların hansısa bir xeyri var?

–Əgər boşalma 2-3 dəqiqədən tez həyata keçirsə bu erkən boşalma sayılır. Erkən boşalma da, az öncə danışdığımız kimi xəstəliklərdən qaynaqlanır. Eyni xəstəliklərin fərqli virusları ilə bir-birinə əks təsir göstərir. Bunada səbəb psixoloji-psixogen səbəbdir. Ən cox cavanlar arasında yayılıb. Cavan oğlandı. Qadınla əlaqəyə girmək istəyir, amma girə bilmir.

Qadına yaxınlaşan kimi boşalma halı baş verir. Buna səbəblərdən biri də porno videolara baxmaqdır. Cavanların porno videolara baxmağı heç düzgün deyil. Çünki bu psixoseksual mərkəzi aktivləşdirir, cavanlarda aktiv olduğu üçün, erkən boşalma ilə nəticələnir. 45-50 yaşlı kişilərin pornoya baxmağını başa düşmək olar. Onlarda psixoseksual mərkəzi oyatmağa kömək edir.

Erkən boşalma heç bir dərmanla müalicə olunmur, onu psixoterapevt seanslar nəticəsində düzəltmək mümkündür.

–Masturbasiyanın zərəri və ya xeyri var?

–Səhv etmirəmsə quranda belə bir ayə olmalıdır ki, “Kişilər darıxmasınlar deyə, onlar üçün qadınları göndərdik”.

Qadınlarla əylənsin, amma dini qaydalara əməl etsin. Lakin hal-hazırki vəziyyət onu göstərir ki, indi 15 yaşındakı oğlan evlənə bilməz. Çünki hələ özü yeniyetmə dövründədir. Keçmişdə isə belə deyildi. O dövrdə 15 yaşına çatmış insanlar evlənə bilirdilər. Masturbasiyaya ehtiyac duymurdular. İndi isə masturbasiya daha çox geniş yayılmış bir boşalma növüdür.

Cürbəcür dövrlərdə buna münasibət başqa cür olub. Amma keçən əsrdən qənaətə gəliblər ki, mastrubasiya heç də pis bir şey deyil. Amma ki, hər şeyin qaydası var. Gündə 3-4 dəfə bu işlə məşğul olmaq olmaz. İnsan özünə psixoloji zərər verə bilər. Əgər masturbasiya etməsən, dində “şeytan aldatması”, tibbdə isə “pollusiya” deyilen bir şey baş verəcək. Yuxuda olduğun zaman tanıdığın ya tanımadığın bir qadınla cinsi əlaqəyə girib boşalassan.

–Hamiləlik zamanı seks təhlükəlidir? Hamiləlik zamanı neçə aya kimi sevişmək olar?

–Xalq arasında deyirlər ki, 3 ay əvvəl 3 ay sonra olmaz. Amma ümumiyyətlə hamiləlikdə seksə heç bir qadağa yoxdur. Sadəcə olaraq əgər qadın əvvəlcə uşaq düşürübsə, sağlam seks həyatı yoxdursa onda biraz təhlükəli sayılır. Yox əgər normal seks həyatı varsa, heç bir problem ola bilməz. Hətta hamilə zamanı sekslə məşğul olmaq qadınına dəyər verməyi göstərirsən. Qadın qarnının şiş olmağına baxmayaraq yoldaşının onla vaxt keçirməyin görsə xoşbəxt olar. Əgər qarnı çox şişibsə onda yan pozada olmaqları məsləhət görülür. Çünki qarnı əzilməməlidir. Bununla yanaşı hamiləlik zamanı qadın hormonları artdığından qadın daha çox ehtiraslı olur.

Hətta hamiləlik zamanı doğuş gecikirsə, belə vəziyyətdə əlaqəyə girmək xeyirlidir. Çünki spermanın tərkibində elə maddələr var ki onlar qadına daxil olaraq uşaqlığın boynunu yumşaldaraq açır.

–İntim gigiyenaya necə riayət etməliyik?

–İlk növbədə təbii ki, hər kəslə cinsi əlaqədə olmamalıyıq. Çünki xəstəliklərin daşıyıcıları daha çox qadınlar olur. Buna səbəb odur ki, qadının mağarasında,yumurtalıqlarında gizlənən bakteriyalar qadına 3-4 il sonra büruzə verə bilir.

Amma bu xəstəliklər kişi də daha tez biruzə verir. Prezervativlə cinsi əlaqəyə girmək qorunmağın birinci yollarındandır. Lakin əgər boşalıb qutardınsa tez prezervativi çıxarmalısan. Çünki boşalma nəticəsində cinsi orqan balacalaşır və prezervatib orqanı tam bağlamır. Bu da virusun cinsi orqana daxil olmağına gətirib çıxarır.