ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonu vəzifədən azad edəcəyini, onun yerinə Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mayk Pompeonu gətirəcəyini bildirib.
Musavat.com-un məlumatına görə, Mərkəzi Kəşfiyyat İdarəsində boş qalan rəhbər vəzifəsinə isə ilk dəfə bir qadın keçəcək.
Vəzifədən uzaqlaşdırılan Tillerson az əvvəl mətbuat konfransı təşkil edib və ilk açıqlamasını verib: “Trampla telefonla danışmışam. Martın 31-də vəzifədən gedəcəyəm. Suriya və İraqda görülməsi gərəkən daha çox iş var, müttəfiqlərimiz olmadan bunun öhtəsindən gələ bilmərik”.
Ağ Evdə jurnaistlərin qarşısına çıxan Tramp isə Tillersonla yaxşı münasibətdə olduğunu bildirib, lakin İranın nüvə silahı ilə bağlı fərqli düşündüklərini qeyd edib. Tramp Şimali Koreya lideri Kim Çen Inla görüşmə qərarını Tillersonla müzakirə etmədiyini də vurğulayıb.