Загрузка...

Türkiyənin “Samur” hərbi texnikası Afrinə doğru yola çıxıb.

Axar.az xəbər verir ki, “Samur” texnikasından terrorçuların qazdığı xəndəkləri keçmək üçün körpü kimi istifadə ediləcək.

Qeyd edək ki, sözügedən zirehli texnika bioloji, kimyəvi, radioloji və nüvədən müdafiə xüsusiyyətinə malikdir. Hücum körpü maşınının şüşələri də güllə keçirmir. Gecə görüntü kameraları olan “Samur” sahib olduğu bu imkanlarla dünyada ən yaxşıdır. Bir çox ölkə ordusuna bu texnikanı cəlb etmək üçün türkiyəli rəsmilərlə görüşlər keçirir.

Xatırladaq ki, bundan öncə də daşınan körpülər Suriyaya göndərilib.