Загрузка...

Rusiya Müdafiə Nazirliyi yeni modern silahlarının adları ilə bağlı 50 ən yaxşı ideyanı seçib.

Axar.az xəbər verir ki, Rusiya MN-nin saytında lazer kompleksləri, qanadlı raketlər, kiçikqabaritli nüvə energetika təchizatı kimi silah növlərinə ad verilməsi ilə bağlı müsabiqənin final mərhələsi baş tutub.

Səsverməyə hələ ki, “Şüa” və “Dovşan” adları liderlik edir.

PUA aparatları ilə bağlı ən populyar adlara “Poseydon” , “Yaz”, qanadlı raketlərə isə “Gözlənilməz”, “Zevs” kimi adlar liderlik edir.

Qeyd edək ki, martın 1-dən sözügedən müsabiqə elan edilib. Bu günə qədər 3-də biri əcnəbi olmaqla, 870 mindən çox istifadəçi müsabiqəyə qatılıb.

Qeyd edək ki, müsabiqə hələ 3 gün də davam edəcək.