Загрузка...

İtaliyanın şərqində İkinci Dünya Müharibəsi dövründən qalmış mərminin tapılması ilə əlaqədar 20 mindən çox insan təxliyyə edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, mərmi Adriatik sahilindəki Fano şəhərində, tikinti işləri zamanı aşkarlanıb.

Hakimiyyət orqanları yaşayış evlərinin sakinlərini, ictimai binalarda olan insanları, həmçinin yerli xəstəxananı təxliyyə ediblər.

Tapıntı ilə əlaqədar dəmiryolunda hərəkət dayandırılıb, vağzal bağlanılıb. Hadisə yerindən təxminən 1,8 km məsafə təhlükəli ərazi sayılır.

Hazırda mərminin zərərsizləşdirilməsi əməliyyatı keçirilir. Onu açıq dənizdə partlatmağı planlaşdırırlar.